DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Nə üçün kosmosda səs yoxdur?

Səs dalğasının sürəti saatda 1223 kilometrdir ki, bu da kommersiya təyyarəsinin sürətindən yüksəkdir.
Sputnik
BAKI, 10 dekabr — Sputnik. Əslində, kosmosda heç kim sizin qışqırmağınızı eşidə bilməyəcək. Çünki səs yoxdur, əks-səda yoxdur. Astronomiya professoru Kris İmpi bütün bunların nə ilə əlaqəli olduğunu izah edib.
Səs bərk, maye və ya qazda hərəkət edən enerji dalğasıdır. Səs, həmçinin sıxılma dalğasıdır. Bu enerji səs tellərinin titrəməsi nəticəsində əmələ gəlir.
Səs dalğasının özü havada sürətlə yayılır. Onun sürəti saatda 1223 kilometrdir ki, bu da kommersiya təyyarəsinin sürətindən yüksəkdir.
Səs dalğaları, arxiv
Amma kosmos boşluqdur. Yəni, demək olar ki, heç bir maddə olmayan məkan. Səs atomlar və molekullar tərəfindən daşınır. Kosmosda isə səs dalğası daşıyan atomlar və molekullar yoxdur və buna görə səs də yoxdur. Bundan əlavə, səsin olmaması əks-sədanın olmaması deməkdir.
Doğrudur, əgər siz nə zamansa skafandrsız kosmosda peyda olsanız, o zaman heç kimin qışqırıqınızı eşitməməsi problemlərdən ən kiçiyi olacaq. Cəmi 10-15 saniyədən sonra oksigen çatışmazlığından huşunuzu itirəcəksiniz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.