BAKI, 10 dekabr — Sputnik. ABŞ prezidentinin oğlu Hanter Bayden milyarder İlon Maskı “özündən başqa heç kimlə maraqlanmayan” ifadəsi ilə təsvir edib. RİA Novosti xəbər verir ki, o, biznesmeni ölkədəki demokratiyaya biganə münasibətinə görə tənqid edib.
“İlon Mask [ABŞ Konstitusiyasının söz azadlığını qoruyan] lənətə gəlmiş Birinci Düzəlişinə əhəmiyyət vermir. O, özündən başqa heç kimə əhəmiyyət vermir”, - Bayden deyib.
Daha əvvəl məlum olmuşdu ki, 2019-cu ildə Co Baydenin oğlu çinli investor Li Syan Şendən atasının ünvanına 250 min dollardan çox pul köçürmələri alıb. Nümayəndələr Palatasının Nəzarət Komitəsinin rəhbəri Ceyms Komer, Co Baydenin oğlunun oxşar maliyyə əməliyyatları haqqında məlumatlı olduğunu iddia edib.
Bundan əlavə, Hanterin vitse-prezident olduğu müddətdə potensial biznes tərəfdaşları və xarici investorları cəlb etmək üçün atasına onlarla dəfə zəng etdiyi bildirilir. O, iş görüşlərinin dörddə birindən çoxunda atasından sövdələşmə vasitəsi kimi istifadə edib.