BAKI, 10 dekabr - Sputnik. Amerika lideri Co Baydenin siyasəti Rusiya Federasiyası ilə nüvə qarşıdurmasına aparır.
Bunu ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skot Ritter bildirib.
"Bayden açıq şəkildə bildirib ki, o, Rusiya ilə NATO arasındakı münaqişənin səbəb olduğu ABŞ və Rusiya arasında nüvə qarşıdurmasına aparan yola çıxıb”, - deyə o, X* sosial şəbəkəsində yazıb.
Ritter qeyd edib ki, Avropa dövlətləri Donald Trampın gələn il yenidən prezident seçilməsindən qorxur, çünki o, Şimali Atlantika Alyansını ləğv edə bilər. Bununla belə, “ABŞ-ın özünü qoruması” Trampın Ağ Evin rəhbəri postuna qayıtmasını tələb edir.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, Şimali Atlantika Alyansı qarşıdurma məqsədi daşıyır. Kremlin sözçüsü Dmitri Peskov vurğulayıb ki, NATO-nun gələcək genişlənməsi Avropaya heç də böyük təhlükəsizlik gətirməyəcək.
Xatırladaq ki, Ağ Ev rəhbərinin seçkisi gələn il noyabrın 5-nə təyin edilib.
Bundan əvvəl Ritter bildirib ki, Şimali Atlantika Alyansı özünü elə göstərməyə çalışır ki, guya o, Ukrayna tərəfinə kömək etməkdə davam edir, lakin eyni zamanda, gizli şəkildə ölkə hakimiyyətinə bildirir ki, sülh sazişinin bağlanması üçün bundan yaxşı məqam olmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.