Mətbuat mərkəzi

ANONS - 2023-cü ilin iqtisadi nəticələri

Odlar Yurdu Universitetinin kafedra müdiri mətbuat konfransında 2023-cü ildə makroiqtisadi göstəricilərə daha hansı amillərin təsir göstərdiyi barədə danışacaq.
Sputnik
BAKI, 10 dekabr — Sputnik. 2023-cü il ərzində Azərbaycan iqtisadiyyatı davamlı inkişaf templəri nümayiş etdirib. Azərbaycanın İqtisadiyyat Nazirliyi 2023-cü ildə ÜDM artımını 1,9% proqnozlaşdırır. İqtisadiyyatın sabitləşməsi və şaxələndirilməsi yolu ilə hərəkət edən hökumət 2023-cü ilin sonuna 9,5-10% ola biləcək inflyasiyanın qarşısını almaq üçün konkret addımlar atıb.
Azərbaycanın iqtisadi inkişafla bağlı nikbinliyi də toplanmış valyuta ehtiyatlarına əsaslanır. Belə ki, dekabrın 5-də Milli Məclisdə Baş Nazir Əli Əsədov bildirib ki, Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlində 59 milyard dollar olduğu halda, hazırda 68,3 milyard dollar (rekord səviyyə) təşkil edir.
İqtisad elmləri doktoru, professor, Odlar Yurdu Universitetinin kafedra müdiri Elşad Məmmədov "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində dekabrın 12-də saat 12.00-da keçiriləcək mətbuat konfransında 2023-cü ildə makroiqtisadi göstəricilərə daha hansı amillərin təsir göstərdiyi barədə danışacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru.
Tədbir Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə ünvanında "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.