RUSİYA

Rusiya 2060-cı ilədək karbon neytrallığına nail olmaq niyyətindədir

Ruslan Edelgeriyev COP28-də deyib ki, Rusiya Paris sazişinin məqsədlərinə sadiq qalır.
Sputnik
BAKI, 9 dekabr - Sputnik. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) Tərəflərin 28-ci Konfransının iştirakçıları bütün dünyadakı insanların maraqlarını nəzərə almalıdırlar.
Bunu bunu COP28-də Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev deyib.
"Biz bütün dünyada insanların ehtiyaclarının müxtəlifliyini, o cümlədən əlçatan və etibarlı enerjiyə, suya və qidaya və daha ümumi mənada həyat keyfiyyətinin yaxşılaşdırılmasına olan ehtiyacı nəzərdən qaçıra bilmərik" - Ruslan Edelgeriyev qeyd edib.
Onun sözlərinə görə, Rusiya Paris sazişinin məqsədlərinə sadiq qalır və 2060-cı ildən gec olmayaraq karbon neytrallığına nail olmaq niyyətindədir.