RUSİYA

Mişustin “Rossiya seqodnya”nı 10 illik yubileyi münasibətilə təbrik edib

“Rossiya seqodnya” hər gün materialları yüz minlərlə insan tərəfindən oxunan və dinlənilən redaktorlar, publisistlər, köşə yazarları, müxbirlər və operatorlardan ibarət peşəkar komandadır.
Sputnik
BAKI, 9 dekabr - Sputnik. Rusiyanın baş naziri Mixail Mişustin “Rossiya seqodnya” (“Russia Today”) media qrupunun kollektivini 10 illik yubileyi münasibətilə təbrik edib, onlara “yeni yaradıcı ideyalar, gələcək uğurlar və qələbələr, cansağlığı və firavanlıq” arzulayıb.
Baş nazir vurğulayıb ki, media qrupu “ölkəmizin və onun hüdudlarından kənarda media məkanında inamla lider mövqe tutur və yüksək jurnalist standartları müəyyən edir”. Onun “onlarla dildə” gecə-gündüz xəbər resursları geniş oxucu auditoriyasını təmin edir.
Mişustin əlavə edib ki, bu media qrupu həmçinin bütün dünyada baş verən ən mühüm hadisələr haqqında etibarlı və obyektiv məlumatları radio dinləyicilərinə çatdırır.
"“Rossiya seqodnya” hər gün materialları yüz minlərlə insan tərəfindən oxunan və dinlənilən redaktorlar, publisistlər, köşə yazarları, müxbirlər və operatorlardan ibarət peşəkar komandadır. Verilişlərinizdə müxtəlif fikirlər səslənir və bu, tamaşaçıya nəticə çıxarmağa kömək edir” - Mişustin qeyd edib.
"Media qrupunun irimiqyaslı layihələrində agentliklər, telekanallar və universitetlər də daxil olmaqla yüzdən çox beynəlxalq tərəfdaş iştirak edir. Bu ən qabaqcıl texnologiyalardan - sosial şəbəkələr və mobil proqramlardan istifadə, müxtəlif müasir formatlarda yüksək keyfiyyətli və tələb olunan məzmun istehsal etməyə imkan verir” - Rusiya Baş naziri əlavə edib.