Mətbuat mərkəzi

ANONS - Postkonflikt tənzimləmədə ilin yekunları

Politoloq İlyas Hüseynov 2023-cü ildə Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinin necə getdiyi və hazırda hansı mərhələdə olması barədə danışacaq.
Sputnik
BAKI, 9 dekabr — Sputnik. Əksər müşahidəçilərin ümumi fikrinə görə, Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində durğunluq müşahidə olunur. Bir çox insanlar bu vəziyyətin səbəbi kimi vasitəçilik səylərindəki böhranı göstərirlər.
Qərb vasitəçiləri Ermənistanı dəstəkləməkdə qərəzli mövqe tutsalar da, Ermənistanın özü Moskvanın vasitəçiliyindən imtina edir. Nəticədə danışıqlar prosesi faktiki olaraq çıxılmaz vəziyyətə düşüb.
13 dekabr saat 15.00-də "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Sosial Araşdırmalar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov 2023-cü ildə Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinin necə getdiyi və hazırda hansı mərhələdə olması barədə danışacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru.
Tədbir Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə ünvanında "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.