BAKI, 8 dekabr — Sputnik. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistana səfər etmək dəvətini qəbul edib.
Bildirilir ki, söhbət zamanı Ermənistan-Qazaxıstan münasibətlərinin gündəliyi ilə bağlı məsələlər müzakirə edilib, ikitərəfli əlaqələrin inkişafında qarşılıqlı maraqların olduğu, iqtisadi və digər sahələrdə əməkdaşlıq potensialının reallaşdırılmasının zəruriliyi vurğulanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.