RUSİYA

Moskva və Bakı ikitərəfli ticarətin müsbət dinamikasını qeyd ediblər

Görüşdə cari ilin yanvar-oktyabr aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artımının ötən ilin eyni dövrü ilə müqayisədə 20% təşkil etidiyi qeyd olunub.
Sputnik
BAKI, 8 dekabr - Sputnik. Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Moskvada keçirilən görüşdə ticarət əməkdaşlığının inkişafının müsbət dinamikasını qeyd ediblər. Bu barədə Rusiya hökumətinin teleqram-kanalında məlumat verilib.

“Tərəflər ölkələr arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın gündəliyində duran ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın cari məsələlərini nəzərdən keçiriblər. Hökumətlərarası komissiyanın həmsədrləri ikitərəfli əməkdaşlığın səmərəliliyini təsdiqləyən ticarətin inkişafının müsbət dinamikasını vurğuladılar", - deyə məlumatda bildirilir.

Görüşdə o da qeyd olunub ki, “2023-cü ilin yanvar-oktyabr aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artımı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20% təşkil edib”.
“Tərəflər əməkdaşlığın bütün sahələrində Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər”, - məlumatda bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.