SƏHİYYƏ

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlanıb

Vüqar Qurbanovun sözlərinə görə, qızılcaya yoluxma halları ilə bağlı tibb müəssisələrinə vətəndaş müraciətləri var.
Sputnik
BAKI, 8 dekabr — Sputnik. Azərbaycanda hazırda qızılca ilə bağlı vəziyyət stabildir. Sputnik Azərbaycan xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, qızılcaya yoluxma halları ilə bağlı tibb müəssisələrinə vətəndaş müraciətləri var:

"Vətəndaşların müraciətlərinə əsasən infeksion və yoluxucu şöbələrimiz tam hazır vəziyyətdədir. Həm ambulator, həm də stasionar müraciətlər edilir. Xəstələrin vəziyyəti dəyərləndirilir və ehtiyac olduğu halda stasionar müalicə üçün yerləşdirilir. Digərləri isə ambulator olaraq evdə həkim nəzarəti altında saxlanılır".

Qeyd edək ki, qızılcadan ölkədə 5 uşaq həyatını itirib. Xəstəxanalarda yüzlərlə uşağın müalicəsi aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.