RUSİYA

Azərbaycan və Rusiyanın əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın iclası keçirilir

Tədbiri giriş sözü ilə Milli Məclisi və Rusiya Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri Əli Hüseynli və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin açıblar.
Sputnik
BAKI, 8 dekabr — Sputnik. Dekabrın 8-də Milli Məclisdə Azərbaycan və Rusiyanın əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın 20-ci yubiley iclası keçirilir.
Yubiley iclasında hər iki ölkənin parlament nümayəndələri iştirak edirlər.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri Əli Hüseynli və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin açıblar.
Yubiley iclasında "Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisi arasında parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi", "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ticarət-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi meyilləri və perspektivləri", "Azərbaycan-Rusiya regionlararası əməkdaşlığının təcrübəsi və inkişaf yolları", "Dördüncü Avrasiya Qadınlar Forumuna hazırlıq" və "Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın iyirmi birinci iclası" mövzusunda məruzələr dinləniləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.