BAKI, 8 dekabr — Sputnik. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrünə nisbətən 110,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 111,4 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 111,4 faiz təşkil edib. 109,5 faiz, əhaliyə göstərilən pullu xidmətlər üzrə 109,1 faiz təşkil edir.
Bununla yanaşı, oktyabr ayında istehlak qiymətləri indeksi sentyabr ayı ilə müqayisədə 100,4 faiz, 2022-ci ilin oktyabr ayı ilə müqayisədə isə 103,9 faiz təşkil edib.
Dekabrın 13-də saat 11.00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Azərbaycan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov istehlak qiymətlərinin dinamikasına hansı amillərin təsir etdiyi və hansı malların qiymətində ciddi artımın olması barədə danışacaq.
Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru.
Tədbir Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə ünvanında "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.