CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəlzələdən sonra qatarların hərəkəti tam bərpa olunub - yollara ciddi ziyan dəyməyib

Aparılan yoxlamalara əsasən, zəlzələ nəticəsində yol infrastrukturuna ciddi ziyan dəymədiyi məlum olub.
Sputnik
BAKI, 7 dekabr — Sputnik. 7 dekabr saat 08:15 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Dəmir Yolları (ADY) ərazisindəki infrastruktur obyektlərinə texniki baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılıb. ADY-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılan yoxlamalara əsasən, zəlzələ nəticəsində yol infrastrukturuna ciddi ziyan dəymədiyi məlum olub. Yük və sərnişin qatarlarının hərəkəti normal rejim üzrə tam bərpa olunub.
Bakı Metropoliteinindən isə Sputnik Azərbaycan-a bildirildi ki, paytaxt ərazisində baş vermiş zəlzələ Bakı metropoliteninin fəaliyyətinə təsir göstərməyib. Qatarlar normal qrafik üzrə hərəkət edir, qurğu və avadanlıqlar işlək vəziyyətdədir.
"Bakı Metropoliteni" QSC rəhbərliyinin tapşırığına uyğun olaraq, metropoliten infrastrukturuna daxil olan bütün qurğu və avadanlıqlara, xüsusən yerüstü sahələrə, o cümlədən elektrik depolarının infrastrukturuna və yol təsərrüfatlarına növbədənkənar baxış keçirilir.