BAKI, 7 dekabr — Sputnik. Turizmin İnkişafı ilə bağlı Dövlət Proqramı hazırlanacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin Turizm siyasəti və turizm strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov "Azərbaycan Turizm Sammiti 2023"də çıxışı zamanı məlumat verib.
O bildirib ki, turizm sektorunda dayanıqlılığın təmin edilməsi, regionlarda turizmin mövsümülük probleminin həlli ilə bağlı tədbirlər planları tərtib olunacaq:
"Həmçinin turizmin inkişafı üçün marketinq və kommunikasiya planının, Destinasiya İnkişaf Planının hazırlanması nəzərdə tutulur. Onu da qeyd edim ki, yaxın gələcəkdə Regional Turizm Şuraları da yaradılacaq".