RUSİYA

Putin: Qloballaşmanı çoxqütblü model əvəz edir

Rusiya dövlətinin başçısı Vladimir Putin qeyd edib ki, hazırda bütün qlobal iqtisadi münasibətlər sistemi əsaslı və dönməz dəyişikliklər mərhələsini yaşayır.
Sputnik
BAKI, 7 dekabr — Sputnik. Çoxqütblü model dünyada iqtisadi münasibətlərin dəyişməsi ilə əlaqədar qloballaşmanı əvəz edir.
Bunu Rusiya dövlətinin başçısı Vladimir Putin "Rusiya çağırır!" İnvestisiya forumunda çıxışı zamanı deyib.
Prezident qeyd edib ki, hazırda bütün qlobal iqtisadi münasibətlər sistemi əsaslı və dönməz dəyişikliklər mərhələsini yaşayır.
"Bu dəyişikliklər qloballaşmanın əvvəlki modelinin çoxqütblü modellə əvəzlənməsi ilə bağlıdır", - deyə Rusiya lideri bildirib.
Daha əvvəl Vladimir Putin bildirib ki, islamofobiya, antisemitizm və Qərb üçün rusofobiya dünyada çoxqütblülüyün formalaşmasının qarşısını almaq üçün vasitəyə çevrilib.
RUSİYA
Putin: Dünya köklü dəyişikliklər dövrünə qədəm qoyub