RUSİYA

Putin: Dünya köklü dəyişikliklər dövrünə qədəm qoyub

Rusiya lideri bildirib ki, yalnız güclü, sabit və suveren ölkə bu mərhələni uğurla keçərək yeni qlobal iqtisadiyyatın inkişaf mərkəzlərindən birinə çevrilə bilər.
Sputnik
BAKI, 7 dekabr — Sputnik. Dünya köklü dəyişikliklər dövrünə qədəm qoyub, yalnız güclü, sabit və suveren ölkə ayaqda qala bilər.
Bu barədə RİA Novosti Rusiya Prezidenti Vladimir Putinin Xarici Ticarət Bankının (XTB) "Rusiya çağırır!" investisiya forumu zamanı söylədiklərinə istinadən xəbər verib.
"Dünya təkcə ayrı-ayrı şirkətlər və sənayelər üçün deyil, həm də dünyanın bütöv ölkələri və regionları üçün köklü dəyişikliklər və ciddi sınaqlar dövrünə qədəm qoyub. Yalnız güclü, sabit və mən bunu mütləq vurğulamaq istəyirəm ki, suveren ölkə bu mərhələni uğurla keçərək yeni qlobal iqtisadiyyatın inkişaf mərkəzlərindən birinə çevrilə bilər" - Rusiya lideri bildirib.