AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanın hər yerinə yağış yağacaq

Azərbaycanın rayonlarında dekabrın 8-i axşamdan 11-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Sputnik
BAKI, 7 dekabr - Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 8-i axşamdan 10-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında dekabrın 8-i axşamdan 11-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Qərb küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.