BAKI, 6 dekabr — Sputnik. Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı (XHƏ) pilotsuz uçuş aparatlarının inkişafı, istehsalı və döyüş tətbiqi sahəsində dünya inqilabını sürətləndirib. Pilotsuz təyyarələr (dron, PUA) hərbi taktikanı və döyüş meydanında atəş vasitələrinin qarşılıqlı əlaqəsinin xarakterini sürətlə dəyişib. Müttəfiqlər və rəqiblər yeni PUA-ları və Rusiyanın artan imkanlarını yaxından öyrənirlər. Bir çox ölkələr, o cümlədən ABŞ bu sahədə texnoloji geriliyi azaltmağa çalışır.
Rusiya Federasiyası Silahlı Qüvvələri (RSQ) dekabrın 5-nə keçən gecə cəbhə arxasının dərinliyində Ukrayna Silahlı Qüvvələrinin (USQ) mühüm obyektlərinə pilotsuz təyyarələrlə zərbələr endirib. Kiyev rejiminin nəzarətində olan əksər bölgələrdə hava hücumu həyəcanı elan edilib. Bir neçə "Geran" dronları Vinnitsa vilayətində komanda məntəqəsini və hava hücumundan müdafiə vasitələrinin mövqelərini, Nikolayevin şimal-qərbindəki hədəfləri, Odessa, Ternopol və Lvov vilayətlərindəki "infrastruktur obyektlərini" və Xmelnitski vilayətinin Starokonstantinovdakı aerodromunu məhv edib.
Bradley
© AFP 2024 / PETRAS MALUKAS
Hədəfin avtomatik ələ keçirilməsi sistemi ilə Rusiyanın "Lanset" pilotsuz təyyarəsinin zərbəsi ilə bu gün Xerson vilayətinin Krınki kəndi yaxınlığında, Dnepr çayının sağ sahilində USQ-nin mobil rabitə baza stansiyası darmadağın edilib. XHƏ ərzində süni intellekt elementləri olan yüksək dəqiqlikli "Lansetlər" düşmənin ümumi dəyəri 1 milyard dollardan çox olan 500-ə yaxın hərbi texnikasını məhv edib. Bunlar Almaniyanın "Leopard" tankları, İsveçin CV90/40 piyadanın döyüş maşını (PDM), ABŞ-ın "Bradley" PDM-, M777 haubitsaları və M109 "Paladin" özüyeriyən haubitsaları, Slovakiyanın "Zuzana 2" özüyeriyən haubitsaları, Polşanın "Krab" özüyeriyən haubitsaları, "Iris-T" zenit raket sistemləri, "Avenger", "Stormer HVM" zenit raket kompleksi (ZRK), RM-70 reaktiv yaylım atəş sistemi (RYAS), AN/TPQ-36 əks batareya sistemləri və radardır. "Lancet" kamikadze-dronu ikinci "müharibə tanrısı" statusunu qazanıb (artilleriyadan sonra). 1000 kilometrlik cəbhə xəttində yüzlərlə müxtəlif pilotsuz təyyarənin eyni vaxtda istifadəsi misli görünməyib.
Rusiya qoşunları bütün növ PUA-lardan səmərəli istifadə edir. Pilotsuz təyyarələrin sayının artması keyfiyyətli sıçrayışı, qoşunlar üçün döyüş gücünün yeni səviyyəsini bu gün və gələcək üçün təmin edir. Rusiya kəşfiyyat, zərbə, taktiki, operativ və əməliyyat-taktiki dronların istehsalı üçün inkişaf etmiş texnoloji bazaya malikdir. Birincilik üçün dizayn büroları ilə Rusiya Müdafiə Nazirliyinin sifarişləri arasında gərgin mübarizə gedir. Bu, obyektiv olaraq Rusiya müdafiə sənayesinin gücünü artırır. Rusiya Federasiyası tərəfindən iyun ayında təsdiq edilmiş Pilotsuz Aviasiyanın İnkişafı Strategiyası 2035-ci ilə qədər hər il 200 min ədədə qədər zərbə endirən və digər dronların istehsalı üçün nikbin perspektiv müəyyən edilib.
Lancet
© Sputnik / Михаил Воскресенский
Digər tərəfdən, Rusiyanın yüksək texnologiyalı hava hücumundan müdafiə sistemi gücləndirilir - dekabrın 5-nə keçən gecə Azov dənizi və Krım üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 35 dron məhv edilib. Onlarla Qərb "donor ölkəsi"nin köməyi ilə Ukrayna ordusu döyüş meydanında hər gün 70-ə qədər pilotsuz təyyarə və onlara əlavə olan 20-dən çox silah-sursatı alıb və istifadə edir. Buna baxmayaraq, Rusiya ilə proksi-müharibədə Pentaqon və NATO pilotsuz təyyarələr "böhranı"nı yaşayır –Rusiya dronlarına qarşı mübarizə aparmaq üçün Qərbdə texnologiya, resurslar, istehsal xətləri və potensial yoxdur.
İlin ən yaxşı silahı
Pilotsuz texnologiyaların və taktikanın ümumdünya inkişafının əsas istiqamətləri uçuş aparatlarının döyüş gücünün, uçuş məsafəsinin, gizliliyinin və təhlükəsizliyinin artırılması, süni intellekt elementlərinin əlavə edilməsidir. ABŞ-ın "The New York Times" qəzeti hesab edir ki, bunun elmi fantastikaya bənzəyir:
"Müstəqil olaraq hədəfləri izləyən və heç bir insan müdaxiləsi olmadan onları məhv etmək üçün uça bilən qatil robotlar dəstəsidir".
Lakin Rusiya reallıqda süni intellektə malik olan zərbə dronlarının hazırlanması, istehsalı və döyüş istifadəsi üzrə dünya lideri olduğuna iddia edir. "Olimpiya çempionu" və nümunə kimi Rusiyanın "Lanset"ini hesab etmək olar.
"Lanset"in əsas xüsusiyyətləri avtomatik rejimdə istifadə olunmasının rahatlığı, hava hücumundan müdafiə vasitələrinə və radioelektron mübarizə sistemlərinə qarşı müqavimətdir. Start verilməzdən əvvəl operator axtarış ərazisini göstərir. Daha sonra pilotsuz təyyarə pikaplar kimi "xırda şeylərə" məhəl qoymadan zirehli texnikanı, silah artilleriyasını və düşmənin hava hücumundan müdafiə sistemlərini müstəqil şəkildə tapır. Yeni nəsil dron dəstəsi hücum üçün hədəfləri avtomatlaşdırılmış şəkildə paylayır. Kompleksə müxtəlif mənbələrdən (obyektlərdən) koordinatları müəyyənləşdirmək üçün kəşfiyyat, naviqasiya və rabitə modulu daxildir ki, bu da "Lanset"i peyk naviqasiyasına ehtiyacı olan xarici analoqlardan fərqləndirir. Fəaliyyət diapazonu 70 km-ə qədərdir.
Hədəfə yaxınlaşdıqca döyüş başlığı işə düşür və kumulyativ lülə istənilən zirehə nüfuz edir. "Lanset"lər həmçinin termobarik və ya yüksək qəlpəli-füqas başlığını daşıya bilər. Ukraynanın (NATO) hava hücumundan müdafiəsi praktiki olaraq gücsüzdür - Rusiyanın kamikadze-dronları demək olar ki, radarlara görünməyən kompozit materiallardan hazırlanır. Yeni "Lanset"lər yüksək manevr qabiliyyətinə görə uçuş zamanı quşların hərəkətlərini təqlid edə və düşməni çaşdıra bilir. Rusiyanın kamikadze-dronlarının işə salınması yüksək dəqiqlikli mərmi atmaqdan daha ucuz başa gəlir. "The Economist" nəşri bu yaxınlarda "Lanset"in qiymətinin 50 min dollardan az, onun hədəfinin isə, məsələn, ABŞ-ın M777 haubitsasının 4 milyon dollara başa gəldiyini yazıb.
M777
© AP Photo / Sgt. Justin Updegraff
Süni intellektə malik olan böyük PUA-larla yanaşı, Rusiya qoşunları kəşfiyyat, artilleriya atəşini tənzimləmək və ya Ukrayna Silahlı Qüvvələrin ayrı-ayrı kiçik qruplarını və bölmələrini məhv etmək üçün uzaqdan idarə olunan yığcam FPV-dronlardan səmərəli istifadə edirlər. Ukraynalı FPV- analoqları, bir qayda olaraq, Rusiyanın radioelektron mübarizə sistemlərinin üstünlüyü səbəbindən məqsədlərinə çatmırlar.
Almaniyanın "Frankfurter Allgemeine" qəzeti müasir müharibədə PUA-ların böyük rolunu qeyd edir və süni intellektə malik olan "dron dəstələrinin" inkişafında, istehsalında və tətbiqində, habelə USQ-nin və NATO-nun pilotsuz təyyarələrinə qarşı mübarizədə Rusiyanın üstünlüyünü qəbul edir. Burada vurğulamaq vacibdir ki, Rusiya PUA-larının quruluşunda və hücum dronlarının döyüş tətbiqində liderliyi özlüyündə məqsəd deyil, xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmaq üçün bir vasitədir, NATO-nu sülhə vadar edilməsinin vacib elementi və bərabər və bölünməz təhlükəsizlik sisteminin gələcəkdə formalaşmasıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.