BAKI, 6 dekabr — Sputnik. AzTV-nin 24 yaşlı əməkdaşı Vüqar Rəsulovun ölümünün səbəbi bəlli olub. Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən mərhumun yaxınları bildirib ki, Vüqar əməliyyatdan sonra özünü yaxşı hiss edib.
Həkim ona qidanı, suyu damcı-damcı qəbul etməli olduğunu bildirsə də, o susadığından çoxlu su içib. Bundan sonra atasını yanına çağıraraq halının pisləşdiyini, valideynlərini çox sevdiyini söyləyib.
Mərhumun yaxınları bildirib ki, həkimlərin ehtimalına görə, onun mədəsi artıq qida yüklənməsindən yırtılıb. Onlar əməliyyatın Medical Plaza tibb müəssisəsində aparıldığını, əməliyyatı edən həkimdən şikayətlərinin olmadığını söyləyiblər.
Qeyd edək ki, AzTv-də sürücü işləyən mədəkiçiltmə əməliyyatından iki gün sonra dünyasını dəyişib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.