BAKI, 6 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin BƏƏ-nin paytaxtı Əbu-Dabiyə gedib. Rusiya prezidenti burada həmkarı Məhəmməd bin Zayed Əl Nəhyan ilə danışıqlar aparacaq.
Hər iki ölkənin dövlət başçıları ikitərəfli əməkdaşlığın vəziyyətini və gələcək inkişaf perspektivlərini, həmçinin Yaxın Şərqdəki vəziyyət nəzərə alınmaqla cari beynəlxalq məsələləri müzakirə edəcəklər.
Bu, liderlərin cari ildə ikinci görüşü olacaq, əvvəlki görüş iyun ayında BƏƏ-nin "qonaq ölkə" fəxri statusunda təmsil olunduğu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.
Rusiya liderini xarici işlər naziri Sergey Lavrov, Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov, Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov, Baş nazirin müavini Aleksandr Novak, Mərkəzi Bankın rəhbəri Aleksandr Novakın daxil olduğu nümayəndə heyəti müşayiət edir. Bundan başqa Roskosmosun rəhbəri Yuri Borisov, Rostatomun rəhbəri Aleksey Lixaçov, Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev, Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina, o cümlədən biznes ictimaiyyətinin nümayəndələri də daxildir.
Əbu-Dabidəki danışıqlardan sonra Putin Ər-Riyada gedəcək və burada Səudiyyə Ərəbistanının vəliəhdi və Nazirlər Şurasının sədri Məhəmməd bin Salman Əl Səudla görüşəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.