RUSİYA

Bütün gənclər əlavə pul qazanmalıdırlar, lakin təhsillərinə xələl gətirmədən - Mişustin

Baş nazir izah edib ki, təcrübə ilə birlikdə nəzəriyyə sinergik effekt verəcək.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. Bütün gənclər təhsil alarkən əlavə pul qazanmalıdırlar, lakin bu, təhsilin keyfiyyətinə xələl gətirmədən edilməlidir.
Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin hesab edir. Bunu hökumət başçısı "Bilik. Lektoriy" layihəsinin çərçivəsində bildirib.
Baş nazir izah edib ki, təcrübə ilə birlikdə nəzəriyyə sinergik effekt verəcək.

"İnanıram ki, bütün gənclər təhsillərinə xələl gətirmədən əlavə pul qazanmalı və buna mümkün qədər tez başlamalıdırlar", – deyə Mişustin sözünə davam edib.

O, həmçinin iştirak edən hökumət nümayəndələrindən hansının təhsil alarkən yarımştat işlədiyini soruşub, baş nazirin müavini Aleksey Overçuk təhsillə yanaşı işləmədiyini deyəndə təəccüblənib.
"Mən də təhsillə yanaşı işləyirdim, daş ustası, fəhlə, mühəndis işləmişəm, hərbi kafedrada da çalışmışam, həm də əlavə iş yeri kimi deyil, əsas iş yeri kimi işləmişəm, üstəlik, informatika müəllimi kimi də çalışmışam. Düzünü deyim ki, təhsil almaqla yanaşı işləmək çox düzgündür, lakin bu, çox vacibdir ki, bu zaman öz təhsilinizi və praktiki bacarıqlarınızı öyrəndiyinizlə birləşdirəsiniz", - deyə Mişustin bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.