BAKI, 6 dekabr — Sputnik. MDB-nin iştirakçı dövlətlərində bitki karantini üzrə Koordinasiya Şurasının videokonfrans formatında 12-ci iclası keçirilib.
İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan dövlət karantin xidmətlərinin rəhbərləri və səlahiyyətli nümayəndələri, həmçinin Birləşmiş Millət Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Avropa və Aralıq dənizi regionunun Bitki Karantini Təşkilatının təmsilçiləri iştirak ediblər.
MDB-nin saytının məlumatına görə, iclasda Şura üzvləri MDB-nin iştirakçı dövlətlərinin ərazisində karantin fitosanitar vəziyyət haqqında hesabatla çıxış edib, qarşılıqlı ticarətdə karantin obyektlərinin müəyyən edilməsi və eyniləşdirilməsi üsullarının qarşılıqlı tanınması üzrə İşçi qrup çərçivəsində birgə fəaliyyət üçün gələcək addımları hazırlayıb, əməkdaşlığın sonrakı inkişaf perspektivləri və Şuranın fəaliyyətinin digər əsas mövzuları üzrə qərarlar qəbul ediblər.
Şura üzvləri Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Avropa və Aralıq dənizi Bitki Karantini Təşkilatının nümayəndələrinin karantin qaydalarına daxil olmayan zərərvericilərə qarşı mübarizədə 2022-2023-cü illər üzrə fəaliyyətlər ilə bağlı məruzələrini dinləyiblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.