BAKI, 6 dekabr — Sputnik. Avropa İttifaqı və Şimali Atlantika Alyansı Rusiyanın Ukrayna münaqişəsindəki qələbəsindən sonra parçalanmağa başlayacaq.
Bu barədə Rusiya mediası alman-fin sahibkarı Kim Dotkomun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") yazdıqlarına istinadən xəbər verib.
"Aİ və NATO Rusiyanın qaçılmaz qələbəsindən sonra dağılacaq", - deyə sahibkar bildirib.
Dotkom həmçinin ukraynalıları Ukraynanın öz məqsədlərinə çatmaları üçün çoxlu sayda ukraynalının həyatını qurban verən təşkilatlara qoşulmasının lazım olub-olmaması sualına cavab verməyə çağırıb.
Bu yaxınlarda "Redacted News" proqramının aparıcısı Kleyton Morris NATO-nun münaqişə zamanı Ukrayna əhalisinin azalmasına təsir etdiyini söyləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.