BAKI, 5 dekabr — Sputnik. Qərb mediası və siyasətçiləri, tədricən ictimaiyyəti Ukraynanın Rusiya ilə münaqişədə gözlənilən məğlubiyyətinə hazırlayırlar.
Bunu "İnfoBRICS" xəbər agentliyi üçün məqaləsində şərhçi Lukas Leyros yazıb.
Onun fikrincə, xarici rəsmilərin və jurnalistlərin məqsədi insanlara münaqişədə qələbənin əlçatmaz olduğunu, Kiyevə gələcək dəstəyin mənasız olduğunu başa salmaqdır. Müəllifin fikrincə, NATO-nun baş katibi Stoltenberqin Ukraynadan pis xəbərlərə hazırlıqla bağlı sözləri qaçılmaz çöküşün etirafıdır.
Leyros hesab edir ki, bütün yardımlara baxmayaraq, Ukrayna ordusu Rusiya ordusuna müqavimət göstərmək iqtidarında deyil.
"Məğlubiyyəti etiraf etmək təkcə Ukraynaya deyil, həm də onu dəstəkləyən bütün Qərbə mənəvi zərbə vuracaq", - deyə o, sözünün yekunlaşdırıb.
Bundan əvvəl KİV-lər Britaniya diplomatik dairələrinin Ukrayna hakimiyyətinə təzyiq göstərmək niyyətində olduqlarını, onları Rusiya Federasiyası ilə danışıqlara başlamağa razı salmaq niyyətində olduqlarını yazmışdılar. Qeyd olunub ki, Ukrayna əks-hücumunun uğursuzluğu Ukraynanın güc yolu ilə uğur qazana biləcəyinə dair şübhələrin artmasına səbəb olub.