BAKI, 5 dekabr — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev təhlükəsizliklə bağlı ikitərəfli məsləhətləşmələr aparmaq üçün Myanmaya gəlib. Bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti xəbər verir.
"Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Neypidoda Rusiya-Myanma təhlükəsizlik məsləhətləşmələri keçirmək üçün Myanma Respublikasına gəlib", - deyə məlumatda bildirilir.
Rusiya və Myanma müxtəlif səviyyələrdə təhlükəsizlik məsələlərini müzakirə edir.