BAKI, 5 dekabr — Sputnik. Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqını Brüsseldə keçiriləcək sammitdə Ukraynanın alyansa üzvlüyü ilə bağlı danışıqlara başlamaq cəhdlərindən əl çəkməyə çağırıb. Bunu macar siyasətçinin Avropa Şurasının rəhbəri Şarl Mişele yazdığı məktub sübut edir.
"Bloomberg" bu barədə xəbər verib.
Orban mesajında vurğulayıb ki, Aİ ölkələri ümumi strategiya üzərində razılığa gəlməyincə, Avropa Şurası Ukrayna ilə bağlı əsas qərarlar qəbul edə bilməz.
Məktubda deyilir: "Siyasi və texniki hazırlığın hazırkı səviyyəsini nəzərə alsaq, bu gözləntilər əsassızdır".
Bundan əvvəl Viktor Orban, həmçinin Ukraynanın Avropa İttifaqından "çox işıq ili" məsafəsində yerləşdiyi barədə fikir bildirib.