BAKI, 5 dekabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moskvada Xəzəryanı dövlətlərin - Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın Xarici İşlər Nazirliklərinin rəhbərləri ilə görüşü başlayıb.
Lavrov Rusiya Xarici İşlər Nazirliyinin Spiridonovkadakı Qəbul Evinin salonlarından birində Xəzər "beşliyi"nin geniş gündəliyi üzrə danışıqlar aparır. İclasda Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov, Hüseyin Əmir Abdullahian, Murat Nurtleu və Rəşid Meredov iştirak edirlər.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova görüşdən əvvəl deyib ki, tədbir 2022-ci ilin iyununda Aşqabadda keçirilən altıncı Xəzər sammitində razılaşdırılmış mandat çərçivəsində nazirlərin yeni müntəzəm dialoquna start verir.
Bundan əvvəl "Xəzər beşliyi" ölkələrinin prezidentləri müvafiq sammitin kommünikesində sahilyanı dövlətlərin Xəzərdə fəaliyyətinin əsaslanacağı iyirmiyə yaxın prinsipi qeyd edilib. Onların arasında Xəzərdə başqa ölkələrin silahlı qüvvələrinin olmaması prinsipi də var. VII Xəzər sammiti İranda keçiriləcək.