DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yunanıstan və Türkiyə ən azı 20 saziş imzalayacaq - KİV

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Yunanıstan və Türkiyə Yüksək Əməkdaşlıq Şurasının beşinci iclası Afinada iki ölkənin bir sıra nazirlərinin iştirakı ilə keçiriləcək.
Sputnik
BAKI, 4 dekabr — Sputnik. Yunanıstanın dövlət televiziyası ERT-nin məlumatına görə, dekabrın 7-də Afinada keçiriləcək Yüksək Əməkdaşlıq Şurasının iclasında Yunanıstan Türkiyə ən azı 20 saziş imzalayacaq.
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Yunanıstan və Türkiyə Yüksək Əməkdaşlıq Şurasının beşinci iclası Afinada iki ölkənin bir sıra nazirlərinin iştirakı ilə keçiriləcək.

"Məlumatlara görə, iki tərəf arasında ən azı 20 sazişin imzalanacağı gözlənilir ki, bunlardan da başlıcası miqrasiya ilə bağlı saziş olacaq", - telekanal bildirib.

Yaxın Şərq, Asiya və Afrika ölkələrindən qeyri-qanuni miqrasiya marşrutlarından biri Yunanıstandan keçir. Qeyri-qanuni mühacirlərin əksəriyyəti Türkiyədən dəniz yolu ilə gəlir. Yunanıstanın İmmiqrasiya və Sığınacaq Nazirliyi bu yaxınlarda qeyri-qanuni miqrant axınının əhəmiyyətli dərəcədə azaldığını qeyd edib. Nazirlik bunu sərhədlərin effektiv mühafizəsi, Türkiyə ilə əməkdaşlığın təkmilləşdirilməsi ilə izah edir.
Yunanıstan və Türkiyə bildirirlər ki, Yüksək Əməkdaşlıq Şurasının iclasının məqsədi son aylardakı xoş atmosferi qorumaq və etimad yaratmaq üçün müsbət gündəmi təşviq etməkdir. Tərəflərin sahibkarlıq, turizm, nəqliyyat, enerji, elm, texnologiya, kənd təsərrüfatı, ətraf mühit, sosial təminat və səhiyyə, gənclər, təhsil və idman kimi mövzuları müzakirə edəcəkləri gözlənilir.
"Türkiyə diplomatik mənbələrindən verilən məlumata görə, Türkiyə prezidentini səfərdə 7 nazir, o cümlədən onun diplomatik müşaviri Akif Çağatay Kılıç müşayiət edəcək. Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalınla bağlı son anda qərar veriləcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.