BAKI, 4 dekabr — Sputnik. "Ermənistan mina terroruna görə Azərbaycana təzminat ödəməlidir".
Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dekabrın 4-də Bakıda keçirilən "Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, tank və piyada əleyhinə minaların basdırılması müharibə cinayətidir:
"Beynəlxalq təşkilatlar, məhkəmələr bu məsələyə dəstək göstərməlidir. Ermənistan mina terror ilə bağlı bizə təzminat ödəməlidir".
S.Əliyeva qeyd edib ki, minalar daha çox qəbiristanlıqlarda basdırılıb:
"Çünki onlar bilirlər ki, qəbiristanlıqları ziyarət etmək bizim mentalitetdə var. Ona görə də ermənilər əsasən minaları o vaxt işğal etdiyi ərazilərdəki bizim vətəndaşlara məxsus evlərdə, qəbiristanlıqlarda basdırıblar".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.