BAKI, 4 dekabr — Sputnik. Qızılca ilə əlaqədar artıq məktəblərdə şagirdlərin temperaturu ölçülür.
Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazir onu da bildirib ki, hazırkı rəqəmlər iki şeyə dəlalət edir:
"Birincisi, pandemiya təhlükəsi görmürük. Sadəcə ayrı-ayrı məktəblərdə müəyyən problemlər var. İkincisi, valideynlər tərəfindən uşaqlar peyvəndə cəlb olunarsa, belə problemlərin də həcmi az olar", - deyə nazir bildirib.
Məktəblərin qızılcaya görə distant təhsilə keçməsi ilə bağlı məsələyə toxunan nazir deyib ki, bu, hər gün və hər saat dəyişən məsələdir.
Qeyd edək ki, artıq paytaxda 195 saylı məktəbdə qızılcaya yoluxan şagird vəfat edib. Digər məktəblərdə də yoluxma halları var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.