RUSİYA

Mərkəzi Bankın cavab zərbəsi - Rusiya Qərbin sanksiyalar gözləntilərini necə məhv edib?

ABŞ-ın "Politico" nəşri Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinanı Qərb sanksiyalarının "məhv edicisi" adlandırıb. @SputnikLive Rusiyanın iqtisadi təzyiqlərə necə müqavimət göstərdiyini araşdırıb.
Sputnik
BAKI, 4 dekabr — Sputnik.
Bu, oyunu qabaqlamaqdır...
Rusiya iqtisadiyyatı sanksiyalara əvvəlcədən hazırlaşıb. Rusiya Bankının beynəlxalq ehtiyatlarında dolların payı 2017-ci ilin mart ayından 2021-ci ilin iyun ayınadək təxminən üç dəfə - 45,3%-dən 16,4%-ə qədər azalıb. Həmçinin Rusiya Mərkəzi Bankı ehtiyat aktivlərini - məsələn, qızılı fəal şəkildə artırıb.
Milli ödəniş infrastrukturu beynəlxalq sistemlərdən asılı olmayaraq ödənişlərin fasiləsiz həyata keçirilməsini təmin edib.
Səmərəli tədbirlər
Milli valyutaya dəstək – Rusiya Mərkəzi Bank tərəfindən valyuta müdaxilələri və əsas məzənnənin vaxtında artırılması rublun möhkəmlənməsinə və inflyasiyanın zəifləməsinə imkan verib.
Rusiya bankı
Rusiya Mərkəzi Bankı sanksiyaların mənfi nəticələrini yumşaltmaq üçün müəssisə və banklara əlavə kreditlər verib.
Rusiya nəyə nail ola bildi?
Ən sərt sanksiyalar şəraitində Rusiya maliyyə sabitliyini qoruyub saxlayıb - ölkə iqtisadiyyatında böyük iflaslar və ya kreditləşmənin dayandırılması baş verməyib və bütün maliyyə qurumları fəaliyyətini davam etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.