SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Litva öz hərbçilərinə Azərbaycana gəlməyi niyə qadağan edib?

Hərbi ekspert iddia edir ki, hələ Sovet dövründə litvalıların rusiyalılara münasibəti yaxşı deyildi.
Sputnik
BAKI, 4 dekabr — Sputnik. Litva Müdafiə Nazirliyi ölkə hərbçilərin səyahət edə bilməyəcəyi ölkələrin qara siyahısını hazırlayıb. Bu barədə Sputnik Litva məlumat verib.
Qeyd olunur ki, Litvanın milli təhlükəsizliyini təhdid edən dövlətlər arasında, xüsusilə Rusiya, Belarus, Azərbaycan, Qazaxıstan və Çin var.
Ehtiyatda olan polkovnik Ramiz Şərifov Sputnik Azərbaycan-a bildirib ki, Litvanın bu qadağası Rusiya ilə bağlıdır:

"Hər kəsə bəllidir ki, Azərbaycan Rusiya münasibətləri bu gün ən yüksək səviyyədə inkişaf edir. Tərəflər qarşılıqlı maraq doğuran bütün məsələlərlə bağlı müzakirələr aparırlar. Əməkdşalığın miqyası günü-gündən genişlənir".

Ekspertin sözlərinə görə, hələ Sovet dövründə də litvalıların rusiyalılara münasibəti yaxşı olmayıb.

"Bugünkü Litva hökuməti də bu siyasəyti davam etdirir. Məhz Azərbaycanın Rusiya ilə olan xoş münasibətinə görə, qara siyahıya ölkəmiz də daxil edilib. Litva özlüyündıə böyük bir güc deyil. Bu ölkə NATO-nun çətiri altında özünü güclü hiss edir", - deyə ekspert sözünü tamamlayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.