BAKI, 4 dekabr — Sputnik. Ermənistanda hərbçi naməlum şəraitdə yaralanıb. Məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, hadisə dekabrın 4-də saat üç radələrində baş verib. Yaralı hərbçinin vəziyyəti ağır, sabit olaraq dəyərləndirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.