Qarabağın dirçəlişi və reinteqrasiyası

Draqana Koiç: Mina probleminin həllində Azərbaycana dəstək verməyə hazırıq

Məqsədimiz qabaqcıl təcrübələri nəzərdən keçirmək, boşluqları müzakirə edib onları aradan qaldırmaq və gələcəkdə görə biləcəyimiz işlərin müzakirəsidir.
Sputnik
BAKI, 4 dekabr — Sputnik. Beynəlxalq Qızıl Xaç Komitəsi mina probleminin həllində Azərbaycana dəstək verməyə hazırdır.
Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Koiç "Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
Mina qurbanlarına və onların ailələrinə müxtəlif istiqamətlərdə yardımların göstərilməsinin vacibliyini vurğulayan Draqana Koiç əlavə edib:

"2020-ci ildən sonra Azərbaycanda mina qurbanlarının böyük əksəriyyəti kişilərdir. Nəzərə alsaq ki, onlar ailələrinə baxan əsas şəxslərdir, onların ailələrinin ehtiyac duyduğu xidmətlərlə təmin edilməsi çox vacibdir. Biz Ombudsman Aparatına dəstək göstərməyə hazırıq. Məqsədimiz qabaqcıl təcrübələri nəzərdən keçirmək, boşluqları müzakirə edib onları aradan qaldırmaq və gələcəkdə görə biləcəyimiz işlərin müzakirəsidir".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.