HƏRBİ

Azərbaycanın hərbi texnikası Misirdə "EDEX 2023" sərgisində nümayiş etdirilir - FOTO

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Misir Ərəb Respublikasının müdafiə nazirinin dəvəti ilə "EDEX 2023" sərgisində iştirak etmək üçün Misirdə səfərdədir.
Sputnik
BAKI, 4 dekabr — Sputnik. Azərbaycan istehsallı hərbi təyinatlı vasitələr Misirdə "EDEX 2023" beynəlxalq müdafiə sərgisində nümayiş etdirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"EDEX 2023" beynəlxalq müdafiə sərgisində iştirak edən general-polkovnik Zakir Həsənov
Bildirilib ki, müdafiə naziri Zakir Həsənov "EDEX 2023" beynəlxalq müdafiə sərgisində nümayiş etdirilən Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinə, eləcə də Türkiyənin "TUSAŞ", "ROKETSAN", "ASELSAN", "SARSILMAZ", "CANİK", "BAYKAR" şirkətlərinə məxsus silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
"EDEX 2023" beynəlxalq müdafiə sərgisində iştirak edən general-polkovnik Zakir Həsənov
Qeyd edək ki, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Misir Ərəb Respublikasının müdafiə nazirinin dəvəti ilə "EDEX 2023" sərgisində iştirak etmək üçün Misirdə səfərdədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.