BAKI, 4 dekabr — Sputnik. Azərbaycan fevralın 5-9-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək beynəlxalq qida və içki sərgisində ("PRODEXPO 2024") iştirak edəcək.
Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) məlumat yayıb.
Məlumata görə, Agentlik artıq bununla bağlı hazırlıqlara başlayıb.
"PRODEXPO 2024" Rusiya və Şərqi Avropanın ən böyük qida və içki sərgisi hesab edilir. Tədbirə 35 ölkədən 2 027 iştirakçının, 106 ölkədən 67,7 mindən çox ziyarətçinin qatılacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.