BAKI, 4 dekabr — Sputnik. Avropa ölkələri üçün "dibsiz Ukrayna çəlləyində pul yandırmaq" getdikcə çətinləşir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov "Financial Times" qəzetinin Avropa İttifaqında büdcə ilə bağlı fikir ayrılıqları barədə dərc olunmuş məlumatlarını şərh edib.
O bildirib ki, bu cür müzakirəlrə dördillik yardım proqramına uyğun olaraq Ukraynaya 50 milyard avronun verilməsini təhdid edir.
"Yəqin ki, bu, avropalıların özləri üçün sual doğurur. Aydındır ki, onlar üçün Ukraynanın dibsiz çəlləklərində pul yandırmaq getdikcə çətinləşir. Bizə gəlincə, xüsusi hərbi əməliyyat davam edəcək. İqtisadiyyatımız xüsusi hərbi əməliyyat şəraitinə uyğunlaşıb və davam etmək üçün lazım olanları təmin edir", - Kreml sözçüsü bildirib.
"Financial Times" yazır ki, Aİ-yə üzv ölkələr Brüssel sammiti ərəfəsində ittifaqın müştərək büdcəsinin, o cümlədən Ukrayna üçün 50 milyard avronun təmin edilməsi ilə bağlı razılığa gələ bilmirlər.
Avropalı diplomatlardan bir deyib ki, büdcə razılaşmasına nail olmaq çox, çox çətin olacaq. Kiyevin 2027-ci ilə qədər xərclərini qarşılamaq üçün bu vəsaitə ehtiyacı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.