SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya Xəzərsahili dövlətlərin xarici işlər nazirlərinin görüşünü çağırıb

Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistanın xarici işlər nazirlərinin ikitərəfli görüşləri də nəzərdə tutulub.
Sputnik
BAKI, 3 dekabr - Sputnik. Dekabrın 5-də Rusiyanın Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Moskvada Xəzərsahili dövlətlərin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
İRNA agentliyinin yaydığı məlumata görə, Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistanın xarici işlər nazirlərinin ikitərəfli görüşləri də nəzərdə tutulub.