DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO şefi Ukraynadan gələcək pis xəbərlərə hazırlaşmağa çağırıb

Yens Stoltenberq Ukraynanın "kritik vəziyyətə" düşdüyünü vurğulayıb.
Sputnik
BAKI, 3 dekabr — Sputnik. Qərb ölkələrinin kifayət qədər yardımı olmadığı üçün Ukraynada vəziyyət daha da pisləşə bilər.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
"Biz pis xəbərlərə hazırlaşmalıyıq. Münaqişələr mərhələlərlə inkişaf edir. Amma biz Ukraynanı həm pis, həm də yaxşı gündə dəstəkləməliyik", - deyə o, "Das Erste" telekanalına müsahibəsində bildirib.
NATO-nun baş katibi alyans üzvlərinin silah-sursata artan tələbatı ödəyə bilmədiklərini etiraf edib. Stoltenberq Ukraynanın "kritik vəziyyətə" düşdyünü vurğulayıb.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, Qərb dövlətləri tərəfindən Kiyevə göndərilən silahlar Rusiya tərəfinin qanuni hədəfidir. Üstəlik, Qərbin hərbi yardımı yalnız münaqişəni uzadır.