RUSİYA

Moskvanın hava limanlarında reyslər təxirə salınıb

Moskvalılara bazar günü, dekabrın 3-də güclü qar yağacağı və çovğunla bağlı xəbərdarlıq edilmişdi.
Sputnik
BAKI, 3 dekabr - Sputnik. Moskvanın üç hava limanında - Vnukovo, Domodedovo və Şeremetyevoda qar yağması səbəbindən 15 reys təxirə salınıb.
Bu barədə Yandex Schedule xidmətinin məlumat yayıb.
Qeyd olunur ki, daha dörd reys ləğv edilib. Vnukovoda altı reys gecikib, daha iki reys ləğv edilib, Domodedovoda üç reys gecikib, daha iki reys isə ləğv edilib. Şeremetyevoda 6 reys gecikib.
Bundan əvvəl moskvalılara bazar günü, dekabrın 3-də güclü qar yağacağı və çovğunla bağlı xəbərdarlıq edilmişdi.
25.11.23, 14:41
Moskva aeroportlarında 20-dən çox reys gecikib, 6-sı təxirə salınıb
Moskva hava limanlarında əlverişsiz hava şəraiti səbəbindən 20-dən çox reys gecikib, daha 6 reys təxirə salınıb.
Rusiya KİV-lərinin yaydığı məlumata görə, Şeremetyevo, Vnukovo və Domodedovo hava limanlarında 21 reys gecikib, 6 reys təxirə salınıb.
Təkcə Vnukovo hava limanında yeddi reys gecikib, dörd reys isə ləğv edilib. Şeremetyevoda da altı reys gecikib. Domodedovoda isə gecikən reyslərin sayı səkkiz olub, iki reys təxirə salınıb.
Xatırladaq ki, ötən gün qar yağdıqdan sonra Moskva hava limanlarında 50 reys ləğv edilib və ya təxirə salınıb.