CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mavi bülletenlə axtarılan “Qanuni Oğrular”ın lideri İstanbulda yaxalanıb

Rusiyada fəaliyyət göstərən kriminal təşkilatın rəhbəri, İnterpolun mavi bülletenlə axtardığı şəxs “Qəfəs-15” əməliyyatı ilə Sarıyerdə tutulub.
Sputnik
BAKI, 3 dekabr - Sputnik. Rusiyada fəaliyyət göstərən “Qanuni Oğrular” mütəşəkkil cinayət təşkilatının idarəçilərindən olan və mavi bülletenlə axtarılan Şamil Əmirov “Qəfəs-15” əməliyyatı ilə Sarıyerdə yaxalanıb.
Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında verdiyi açıqlamada bildirib.
İnterpolun mavi bülletenlə axtardığı Şamil Əmirovun İstanbulda tutulub (APA).
Nazir bildirib ki, beynəlxalq və milli mütəşəkkil cinayətkar qruplara və zəhər tacirlərinə qarşı mübarizə getdikcə daha da artırılacaq.
“Onların nəfəsini kəsəcəyik...” - Yerlikaya əlavə edib.