BAKI, 3 dekabr - Sputnik. Bəzi tərəvəzlər qaraciyər piylərinin yox olmasında faydalı təsirə malikdir.
Sputnik Azərbaycan-ın xəbərinə görə, tərkibində kükürd olan tərəvəzlər qaraciyəri təmizləməklə yanaşı bədənin kimyəvi maddələrdən daha qısa müddətdə azad olmasına kömək edir.
Kükürdlü tərəvəzlərə misal olaraq isə soğan, sarımsaq və kələmi göstərmək olar.
Bundan başqa, həkimlər qaraciyərin piylərdən azad olunması üçün çuğundur, brokkoli və ispanaq yeməyi tövsiyə edirlər.
Belə ki, antioksidant təsirə malik olan çuğundur və onun şirəsi qaraciyər hüceyrələrinin bərpasında əvəzolunmaz rola malikdir.
Brokkoli qaraciyərin alkoqol və qida təsirindən piylənməsinin qarşısını alır.
Həkimlər bildirir ki, həddindən artıq ispanaq yeməklə də qaraciyərin fəaliyyətini yeniləməsinə kömək edir.