BAKI, 3 dekabr - Sputnik. Çindən olan iqlimşünaslar araşdırıblar ki, Yer kürəsində 2023-2024-cü illərdə qış fəslində orta temperaturlar rekord dərəcədə yüksək olacaq, 95 faiz ehtimalla son onilliyin orta göstəricisini təxminən 1 dərəcə Selsi üstələyəcək.
Bu barədə Çin Elmlər Akademiyasının Atmosfer Fizikası İnstitutunun mətbuat xidməti məlumat yayıb.
“Alimlər tərəfindən aparılan hesablamalar göstərir ki, rekord dərəcədə yüksək temperaturlar Avrasiyanın orta enliklərində və Yeni Dünyanın əksər hissəsində müəyyən olunacaq. Bununla yanaşı, Yer səthinin ümumi qlobal temperaturu 2023-2024-cü il qış mövsümündə 95 faiz ehtimalla yeni rekord müəyyən edəcək. Xüsusilə temperaturlar Çində yüksələcək, bu ölkədə qış 1991-ci ildən bəri ən isti qış olacaq”, - deyə məlumatda bildirilir.
Alimlər təxmin edirlər ki, bu rekord göstəricilər təkcə sürətlənən antropogen qlobal istilənmə ilə deyil, həm də El-Ninyo təbiət hadisəsinin aktivləşməsi ilə bağlıdır. Alimlərin araşdırmasına görə, El-Ninyo 2023-2024-cü illərin qış mövsümünü 95 faiz ehtimalla rekord dərəcədə isti edəcək.
Xüsusən güclü temperaturlar təkcə Arktikada deyil, həm də Çində və Orta Asiya ölkələrində yüksələcək. Analoji olaraq, temperaturlar Kanada və Alyaska ərazisində, eləcə də Cənubi və Mərkəzi Amerikanın ekvator boyu regionlarında, Afrikanın cənubunda və Avstraliyanın şimal-qərbində yerləşən bəzi vilayətlərində artacaq.
Bununla belə, Qərbi Avropada, Avropa regionlarında və Rusiyanın Uzaq Şərqində, eləcə də ABŞ və Argentinada qış temperaturları aşağı olacaq və hətta əhəmiyyətli şəkildə aşağı düşəcək. Tədqiqatçıların fikrincə, bu, El-Ninyo ilə əlaqəli olan Sakit okean və planetin digər regionları üzərində hava kütlələrinin hərəkət xarakterində dəyişikliklərlə bağlıdır.