DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bayden Putinin daha da güclənməsinə kömək edib

Qərb iqtisadiyyatından fərqli olaraq, Rusiya iqtisadiyyatı bunun sübutudur.
Sputnik
BAKI, 3 dekabr — Sputnik. Ağ Evin Prezidenti Co Baydenin siyasəti Rusiya lideri Vladimir Putini həmişəkindən daha güclü edib.
Bu fikri Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor "Daniel Davis/Deep Dive" YouTube kanalına müsahibəsində bildirib.
Təqaüddə olan polkovnikin sözlərinə görə, Qərb iqtisadiyyatından fərqli olaraq, Rusiya iqtisadiyyatı bunun sübutudur.
"Rusiya iqtisadiyyatı bu gün özünü sadəcə parlaq və Qərb ölkələrinin iqtisadiyyatından qat-qat yaxşı hiss edir", - deyə hərbi ekspert bildirib.
O, əmindir ki, Qərb fəlakətdən qaçmaq və Ukrayna xalqının qalıqlarını xilas etmək üçün Ukraynadakı münaqişəni tez bir zamanda dayandırmalıdır.
Makqreqor əlavə edib ki, Vaşinqton baş verənlərdə öz günahını etiraf etmək niyyətində deyil.
Bundan əvvəl Pentaqonun rəhbərinin keçmiş müşaviri ABŞ-ın demək olar ki, bütün silah ehtiyatlarını Ukraynaya göndərdiyini bildirmişdi.
Cümə axşamı "The Washington Post" yazıb ki, ABŞ-ın Kiyevə ayırdığı pulun böyük hissəsi Ukraynaya çatmır. Nəşrin məlumatına görə, vəsait Kiyevə göndərilən köhnə silahları əvəz edəcək yeni silahların hazırlanmasına xərclənir.