BAKI, 3 dekabr — Sputnik. Amerika Birləşmiş Ştatları 2022-ci ildən bəri Avropa İttifaqına təbii qaz satışından, təxminən 66 milyard avro qazanıb. Lakin anti-Rusiya sanksiyaları olmasaydı, ABŞ şirkətləri 52 milyard avro daha az alacaqdılar.
"RİA Novosti" bu barədə "Eurostat"ın məlumatlarına əsaslanaraq yazıb.
Aİ Amerika şirkətlərindən 66 milyard avroya, təxminən 61 milyard kubmetr qaz alıb. Məlumatlar 2020-ci ilin fevralından 2023-cü ilin sentyabrına qədər olan dövr üçün təqdim olunub.
Qeyd edək ki, xüsusi hərbi əməliyyatdan və Rusiyaya qarşı sanksiyaların tətbiqindən əvvəl ABŞ Avropaya 725 milyon avro dəyərində cəmi 1,25 milyard kubmetr qaz verib.
Eyni zamanda, bəzi Aİ ölkələri Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən heç bir effekt görmədiklərini qeyd ediblər.
Daha əvvəl Kremlin nümayəndəsi Dmitri Peskov bildirmişdi ki, avropalı siyasətçilər anti-Rusiya sanksiyalarının təsirini görmürlər, amma bumeranq effekti var. Rusiya iqtisadiyyatı, sanksiyalara baxmayaraq, inkişaf trayektoriyasına daxil olub.