Gələn il üçün dövlət büdcəsinin xərclərinin və gəlirlərinin artırılması nəzərdə tutulur. Bunu Azərbaycan Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Emin Məmmədzadə Sputnik Azərbaycan-a müsahibəsində deyib.
"Qarabağın və Şərqi Zəngəzurun bərpası kimi ənənəvi büdcə istiqamətləri üzrə xərclərdə müəyyən artım olacaq, həmçinin müdafiə və sosial ehtiyaclar üçün xərclər artacaq", - deyə Məmmədzadə qeyd edib.
İqtisadçının sözlərinə görə, Azərbaycanın Ümumi Daxili Məhsulun (ÜDM) təxminən 9%-ni təşkil edən dövlət borcunun daha da azaldılması nəzərdə tutulur.
"Azərbaycanın büdcəsi ölkə hökuməti tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasətin əldə etdiyi nəticələrinin gücləndirilməsinə və möhkəmləndirilməsinə yönəlib və iqtisadiyyatımızın inkişafı üçün müəyyən şərait yaradacaq", - deyə Məmmədzadə vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın 2024-cü il dövlət büdcəsinin gəlirləri 34,173 milyard manat, xərcləri isə 36,763 milyard manat təşkil edəcək.
Daha ətraflı məlumat əldə etmək üçün videomuzu izləyə bilərsiniz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.