CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tərtərdə xeyli sayda sursat aşkar edilib

Təpəkənd kəndi ərazisindən 25 mindən çox müxtəlif çaplı patronlar və 33 müxtəlif növ mərmilər aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Sputnik
BAKI, 1 dekabr — Sputnik. Tərtər rayonunda xeyli sayda sursat aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları xidmətdə olan zaman rayonun Təpəkənd kəndi ərazisindən 25 mindən çox müxtəlif çaplı patronlar və 33 müxtəlif növ mərmilər aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Xatırladaq ki, noyabrın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 3 ədəd qumbara, 3 patron darağı, 465 ədəd müxtəlif çaplı patron və 51 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə 1 avtomat, 1 tapança, 2 patron darağı, 4 tüfəng və 30 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.