BAKI, 1 dekabr — Sputnik. Dövlətlər öz hökumətlərinin qərarlarından asılı olaraq Rusiya üçün qeyri-dost ölkələr siyahısına daxil edilir, lakin Rusiya baxımından dost olmayan dövlətlər yoxdur. Belə bir açıqlama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.
Mətbuat konfransında çıxış edən nazir deyib:
"Bizim üçün dost olmayan ölkələr və xalqlar yoxdur. Elə hökumətlər var ki, onlar dövlət adından bizim qeyri-dost hesab etdiyimiz qərarlar verir və biz bu hökumətləri müvafiq siyahıya salırıq".
Lavrov 30 noyabr - 1 dekabr tarixlərində Skopyedə keçirilən ATƏT xarici işlər nazirlərinin görüşündə iştirak edib. O, sonuncu dəfə iki il əvvəl - 2021-ci ilin dekabrında Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.