BAKI, 1 dekabr — Sputnik. Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Rusiyanı qüdrətli güc hesab edir və Vladimir Putinin prezidentliyi, onun fikrincə, Rusiya tarixinə xüsusi bir dövr kimi düşəcək.
Nazarbayev müstəqil Qazaxıstanın ilk prezidenti olub və ona təxminən 30 il rəhbərlik edib. Nazarbayev 20 mart 2019-cu ildə dövlət başçısı vəzifəsindən istefa verib. Dekabrın 1-də ölkədə Nazarbayevin xatirələri satışa çıxarılıb. "Mənim həyatım. Asılılıqdan azadlığa" adlı kitab 22 fəsildən, 694 səhifədən ibarətdir. Onların hər biri müəllifin şəxsi həyatından və siyasi karyerasından bir hadisəyə həsr olunub.
"İki qonşu ölkə ümumi geosiyasi foksun mərkəzindədir. Bu, həmişə belə olacaq. Problemlər də ortaqdır. Dünyada baş verən bir çox proseslərə baxışlar da eynidir. Onu da qeyd etmək lazımdır ki, Rusiya təkcə ən böyük dövlət deyil. Rusiya öz potensialına görə ən güclü dövlətdir. Bu sözlər Rusiyanın iqtisadi baxımdan ən güclü olması anlamına gəlməməlidir.Mən onun ümumi potensialının tükənməzliyini nəzərdə tuturam.Təbii resurslar baxımından , enerji qüdrəti və kənd təsərrüfatı imkanları ilə böyük qonşumuz həqiqətən çox qüdrətli dövlətdir. Axı, zəngin torpağı olan ölkə zəngin dövlət olmaya bilməz", - Nazarbayev qeyd edib.
Onun sözlərinə görə, Vladimir Putin Rusiyanı dünya dövləti mövqeyinə qaytarıb.
"Heç kim şübhə etmir ki, Putinin prezidentliyi Rusiya tarixinə xüsusi bir dövr kimi düşəcək. Onun düşmənləri də bunu etiraf edirlər. Putin ölkədə asayişi bərpa edib, hakimiyyətin nüfuzunu gücləndirib. O, Vətənini yenidən dünya zirvələrinə qaldırıb. O, söz və iş adamıdır .Vladimir Vladimiroviçlə mən dövlət başçıları kimi o qədər tez-tez görüşürdük ki, bir dəfə hətta zarafatla deyirdi ki, yəqin ki, o, Qazaxıstanda qeydiyyata düşəcək. Həqiqətən də, elə vaxt olub ki, biz ildə səkkiz dəfəyə qədər görüşürdük", - Nazarbayev kitabında yazıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.