BAKI, 1 dekabr — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti Çex Respublikasına rəsmi səfərə gedib.
Bu barədə Azərtac-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd olunub ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Çexiya parlamentində görüşlər keçirəcək.
Görüşlərdə ikitərəfli və parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.